05 May 2025
Nəqliyyat vasitəsini qaçıran şəxslər SAXLANILDI

Nəqliyyat vasitəsini qaçıran şəxslər SAXLANILDI

Nəqliyyat vasitəsini qaçıran şəxslər SAXLANILDI

21 Mart 2025 13:08 | Baxış sayı: 385

Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.