Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlNetanyahu göstəriş verdi, MOSSAD rəhbəri onları geri çağırdı
03 Dekabr 2023 08:03 | Baxış sayı: 837
HƏMAS-la İsrail arasında aparılan danışıqlar dayandırıldıqdan sonra MOSSAD rəsmiləri Qətərdən geri çağırılıb.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə MOSSAD-ın rəhbəri David Barnea Dohadakı komandasına İsrailə qayıtmağı əmr edib.
Həmçinin vurğulanıb ki, HƏMAS razılaşmanın bütün uşaq və qadınların azad edilməsini nəzərdə tutan hissəsini yerinə yetirməyib.
Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs dekabrın 1-də bitib və hərbi əməliyyatlar bərpa olunub.