Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlOrta məktəbdə valideyn müəllimi BIÇAQLADI
03 Aprel 2025 18:00 | Baxış sayı: 666
Goranboyda valideyn məktəbdə müəllimə kəsici alətlə xəsarət yetirib.
AJMEDİA.İNFO unikal.az-a istinadən xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasınada qeydə alınıb. Kənd sakini 25 yaşlı Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasına daxil olaraq əlindəki bıçaqla məktəbin müəlliminin əlinə xəsarət yetirib. Həmçinin Ə.Rzayeva şagirdlərə də xəsarət yetirməyə cəhd edib.
DİN Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.