Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəl"Pandemiyada bütün maşınlarımı satdım" - Emin Ağalarov
30 Aprel 2025 12:54 | Baxış sayı: 387
Xalq artisti Emin Ağalarov maraqlı etiraf edib.
AJMEDİA.İNFO xəbər verir ki, pandemiya vaxtlarını yada salan müğənni maşınlarını satmalı olduğunu bildirib.
Emin bu barədə sosial media hesabında paylaşım edib.
Satılan maşınların arasında "Hummer" markalı avtomobili də olub:
"Uşaqlıqdan arzum idi ki, "Hummer"im olsun. 40 yaşlarımda olanda nəhayət istədiyimi tapıb ala bildim. Çox gözəl idi, almasam olmazdı. Amma bir o qədər də rahat deyildi. Çox da sürmədim. Əla görünürdü, uşaqlar da sevirdi. Sonra pandemiya başladı. Bütün maşınlarımı satmalı oldum. Onu da həmçinin. Daha sonra onu satın almaq istəsəm də, tapa bilmədim".