Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
9 saat əvvəlParis-2024: Güləşçilərimiz mübarizəyə qoşulur
05 Avqust 2024 06:49 | Baxış sayı: 368
Paris olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.
Axar.az xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaq.
S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.
M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodrigez Oroskonu məğlub etməyə çalışacaq.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.