Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlParis-2024: Hidayət Heydərov finala yüksəlib
29 İyul 2024 16:00 | Baxış sayı: 511
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.
O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.