Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
10 saat əvvəlParis-2024: İtaliyalı atlet yarışdan əvvəl xəstəxanaya yerləşdirilib
05 Avqust 2024 10:17 | Baxış sayı: 329
İtaliyalı olimpiya çempionu Canmarko Tamberi Fransanın Paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı xəstəxanaya yerləşdirilib.
Bu barədə idmançı sosial şəbəkələr vasitəsilə məlumat verib.
Hündürlüyə tullanma yarışlarının başlamasına az qalmış atlet böyrək daşı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. O, yüksək hərarətinin olduğunu, buna baxmayaraq yarışda iştirak etmək istədiyini yazıb.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.