Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
7 saat əvvəlParlament seçkilərinin vaxtı qabağa çəkiləcək - RƏSMİ
02 May 2024 13:07 | Baxış sayı: 466
“Konstitusiyanın tələbinə görə parlament seçkiləri noyabrın əvvəlidir”.
AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
“Lakin hər yerdə də səsləndirilir ki, ola bilsin noyabrda olacaq COP29 tədbirinə görə seçkilər önə çəkilə bilər.
Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm ki, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın”, - MSK sədri əlavə edib.