Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlPentaqon 2024-cü ildə altıncı nəsil qırıcının istehsalına dair müqavilə imzalayacaq
18 May 2023 18:07 | Baxış sayı: 503
Pentaqonun tərkibində olan ABŞ Hərbi Hava Qüvvələri Departamenti 2024-cü ildə altıncı nəsil qırıcının istehsalı üçün müqavilə bağlamağı planlaşdırır.
Bu barədə idarənin məlumatında deyilib.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bu münasibətlə qeyd edib ki, belə qırıcıların yaradılması layihəsi olan “Next Generation Air Dominance” (NGAD) platforması F-22 ilə müqayisədə texnologiya nəsillərində sıçrayışı təmsil edən “Air Dominance” sistemlər ailəsinin mühüm elementidir.
O belə bir maşının sağqalma qabiliyyəti və zərbə imkanları ilə fərqlənəcəyini bildirib.
“Heç kim bunu ABŞ Hərbi Hava Qüvvələrindən yaxşı etmir, lakin biz bu anda irəliləməsək, bu üstünlüyü itirəcəyik”, - ABŞ-nin yüksəkrütbəli hərbi rəsmisi deyib.