Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlPentaqon İranı Fars körfəzində tankerlərə hücumda ittiham edir
06 İyul 2023 13:15 | Baxış sayı: 611
Pentaqon İran donanmasını Oman sahillərində beynəlxalq sularda iki neft tankerini ələ keçirməyə cəhddə təqsirləndirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İyulun 5-də ABŞ hərbçiləri 2 dəfə İran Hərbi Dəniz Qüvvələrinin Oman sahillərində neft tankerlərini ələ keçirmək qarşısını alıb", - mətbuat xidməti bildirib.
Pentaqon bildirir ki, hər iki insident Fars körfəzindəki beynəlxalq sularda baş verib.