Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlPrezident bu şəxslərə ali xüsusi rütbələr verdi - SƏRƏNCAM
20 Fevral 2024 12:33 | Baxış sayı: 479
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
Həmin şəxslər aşağıdakılardır:
Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.