Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlPrezident Frank-Valter Ştaynmayer Qırğızıstana səfər edəcək
20 İyun 2023 09:01 | Baxış sayı: 616
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer iyunun 21-23-də Qırğızıstanda rəsmi səfərdə olacaq.
Bunu Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ştaynmayer Qırğızıstan Prezidenti Sadır Japarov ilə ikitərəfli danışıqlar aparacaq
O qeyd edib ki, tərəflər Qırğızıstan-Almaniya ikitərəfli və çoxtərəfli əməkdaşlığın geniş spektrini müzakirə edəcək, həmçinin dostluq və tərəfdaşlıq ruhunda münasibətlərin gələcək inkişaf perspektivlərini müəyyən edəcəklər.