Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
7 saat əvvəlPrezident olmaq istəyənlərin qeydiyyatı üçün ayrılan vaxt BU TARİXDƏ BAŞA ÇATIR
02 Yanvar 2024 10:31 | Baxış sayı: 565
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.
AJMEDİA.İNFO xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.
Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.