Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
8 saat əvvəlPrezident ona yeni səlahiyyət verdi - SƏRƏNCAM
03 Fevral 2023 07:25 | Baxış sayı: 530
Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.
AJMEDİA.İNFO-nun xəbərinə görə, sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamındagöstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.