Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
13 saat əvvəlPrezidentdən 11 milyonluq SƏRƏNCAM
18 Sentyabr 2023 09:32 | Baxış sayı: 639
Prezident İlham Əliyev Xaçmaz rayonunda avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AJMEDİA.İNFO xəbər verir ki, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)-Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.5-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə həvalə olunub.