Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlPrezidentdən Fatih Birolla bağlı SƏRƏNCAM
31 Yanvar 2025 16:37 | Baxış sayı: 321
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol "Dostluq" ordeni ilə təltif edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.