Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlPriqojin Ukraynaya Rusiya SQ-nin mövqeləri barədə məlumat verməyə hazır idi
15 May 2023 05:09 | Baxış sayı: 625
Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Ukraynaya “vaqnerçilər”in ağır itkilər verdiyi Baxmutdan Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin geri çəkməsi müqabilində Rusiya qoşunlarının mövqeləri barədə məlumat verməyə hazır idi.
Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, amma Ukrayna tərəfi bununla razılaşmayıb. Y.Priqojinin muzdlularının ciddi itkilərlə üzləşdiyi Baxmutla bağlı təklifi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bu ilin yanvarında veribmiş.