Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlPUA bölmələrimiz şərti düşmənin hədəflərini məhv etdilər - VİDEO
19 Dekabr 2023 13:20 | Baxış sayı: 443
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Bu barədə AJMEDİA.İNFO Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.