Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlPutin miqrantlarla bağlı QƏRAR VERDİ
29 Aprel 2025 11:21 | Baxış sayı: 276
Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.
Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.
Bu müddət ərzində hüquqi statusunu tənzimləməyən miqrant mayın 1-dən etibarən Rusiya ərazisindən çıxarılacaqdı. /APA