Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəl"Qarabağ" klubu cərimələndi
19 Mart 2025 13:44 | Baxış sayı: 792
"Qarabağ" klubu azarkeşlərinə görə 1500 manat cərimələnib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
15.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVII turun “Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” komandası 500 manat cərimə edilsin (maddə 70.1)