Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlQatarlara bilet alan sərnişinlərə XƏBƏRDARLIQ! - FOTO
06 Sentyabr 2024 23:27 | Baxış sayı: 322
Bəzən sərnişinlər qatarlara onlayn bilet aldıqları zaman qatarın növünə fikir vermirlər. Bu isə sonradan sərnişinlər arasında narazılığa səbəb olur.
ADY-dən AJMEDİA.İNFO-ya verilən məlumata görə rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.
Bu zaman qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur.
Qatarlara onlayn formada bilet alan sərnişinlərdən bu məsələdə diqqətli olmaları xahiş olunur.