Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlQırğızıstan prezidenti dağlarda zibil təmizlədi
21 Avqust 2024 15:40 | Baxış sayı: 335
Qırğızıstan prezidenti Sadır Japarov dağlarda istirahət edənlərin qoyub getdiyi zibilləri yığıb və vətəndaşları ondan nümunə götürməyə çağırıb.
“Görün təbiətimiz necə də gözəldir, su, dağlar, şam ağacları... İstirahətdən sonra zibilləri torbalara yığıb, şəhərdə konteynerlərə atmaq lazımdır.
Təbiəti qoruyaq, bir-birimizə nəzarət edək, maarifləndirək, nümunə olaq. Heç kim xaricdən gəlib bizim üçün zibil yığmayacaq. Gəlin, bir günlük yaşamayaq. Məsuliyyətsiz insanların istirahətdən sonra zibil atdıqlarını görsəniz, lütfən, onları toplayın”, - deyə prezident bildirib.