Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlQurban Qurbanov qırmızı vərəqədən DANIŞDI: "Epizodlara baxdım, bəlkə də bunu..." - VİDEO
15 Mart 2024 13:45 | Baxış sayı: 522
“İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.
“Epizodlara baxdım. İngilis hakiminə yaraşmayan qırmızı oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdır”.(Qafqazinfo)