05 May 2025
Ramil Usubovun qaynı VƏZİFƏDƏN AZAD EDİLDİ

Ramil Usubovun qaynı VƏZİFƏDƏN AZAD EDİLDİ

Ramil Usubovun qaynı VƏZİFƏDƏN AZAD EDİLDİ

21 Fevral 2024 09:07 | Baxış sayı: 575

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.

Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub. 2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.