04 May 2025
Ramiz Mehdiyevin ailəsinə məxsus olan bankın rəhbəri İŞDƏN ÇIXDI

Ramiz Mehdiyevin ailəsinə məxsus olan bankın rəhbəri İŞDƏN ÇIXDI

Ramiz Mehdiyevin ailəsinə məxsus olan bankın rəhbəri İŞDƏN ÇIXDI

27 Mart 2023 08:05 | Baxış sayı: 604

"Bank BTB" ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb.

AJMEDİA.İNFO "Unikal"-a istinadən xəbər verir ki, onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir.

Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Qeyd edək ki, "BTB Bank”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.