Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlReanimasiyaya yerləşdirilən bloqer Asyanın vəziyyəti ağırlaşdı - FOTO
18 Dekabr 2023 07:12 | Baxış sayı: 647
İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.
O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni tənəffüs aparatına qoşulub.
“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.
Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.