Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlRəsmi Bakıdan Almaniya XİN-ə cavab
30 Sentyabr 2023 06:02 | Baxış sayı: 755
“Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni “boz zona”ya çevirib”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında Almaniya Xarici İşlər Nazirliyinə cavabında bildirib.
A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini “dağlıq” adlandırmasına da qarşı çıxıb.
“Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir”, - XİN rəsmisi vurğulayıb.