Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlRusiyanın Voronej şəhərinə PUA düşüb, yaralananlar var
09 İyun 2023 15:40 | Baxış sayı: 530
Rusiyanın Voronej şəhərinə pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində iki nəfər yaralanıb.
Bunu Voronejin qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, PUA şəhərin Belinsk küçəsinə düşüb.
Qubernator yaralılara lazımi tibbi yardımın göstərildiyini bildirib.
A.Qusev qeyd edib ki, hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərir.