Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran rəsmiləri görüşəcək
02 Aprel 2023 19:55 | Baxış sayı: 517
Bazar ertəsi (3 aprel - Red) Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
Bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.
“Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib”, - mənbə bildirib.