Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlSağlam təbəssüm, sizində haqqınızdır - Dr. Yaşar Verdiyev
07 Mart 2025 09:00 | Baxış sayı: 822
Üz-çənə cərrahiyyəsi - üz-çənə nahiyəsinin iltihabi proseslərinin, travmatik zədələnmələrinin, andangəlmə və qazanılma qüsur və deformasiyalarının, xoş və bədxassəli yeni törəmələrinin etiologiyasını, patogenezini öyrənən, müalicə və diaqnostikasını həyata keçirən cərrahiyyənin mühüm bir sahəsidir.
Stomatologiya - Dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsidir.
AJMEDİA.İNFO bü günün mövzusunu Üz-çənə cərrahiyyəsi və stomotologiya haqqında DİN Daxili Qoşunların hospitalının Üz-çənə cərrahı və Yaşa Estetik Klinikasının Baş həkimi stomotoloq Yaşar Verdiyevin müsahibəsini təqdim edir:
Dr. Yaşar Verdiyev Üz -çənə cərrahı, Azərbaycanda Tibb Universitetini 2004-2009-cu ildə stomatologiya fakultəsində bakalavr 5 illik təhsili almışdır.
2013-cü ildə İzrarilin Hayfa şəhərində oral implantaloiya üzrə master class, 2014-2015-ci illərdə Almaniyanın Frankfurt şəhərində bir illik oral implantalogiya üzrə təhsil alıb.
2016-2018-ci ildə Ukraynanın Xarkov şəhərində üz-çənə cərrahiyyəsi üzrə iki illik kliniki ordinatura keçərək, 2022-2023-cü illərdə Koreyanın Seul şəhərində üz-çənə cərrahiyyəsi, yeni metodikalar, plastik cərrahiyyə üzrə kurs, 2024-cü ildə İstanbulda oral implantalogiya və implant aırlaşmaları üzrə kadavra üzərindən master class kursu keçmişdir.
Qısaca olaraq YAŞA ESTETİK KİLİNİKAsı haqqda məlumat verərdiz :
YAŞA ESTETİK KLİNİKASI Sumqayıt şəhərində yerləşir. Klinikamızda yüksək səviyyəli, yeni avadanlıqlarımız var və verdiyimiz xidmətlər: diş çəkilmələri, diş düzəldilmələri, zircon dişlər, total protezlər, implantların yerləşdirilməsi. Hətta bizdə daha da yeni bir metod var ki, bu implant qoyulduqda dərhal üzəri düzəldilir. 8-10 gün ərzində implantın üzəri düzəldilir və pasient yenidən geri dönüş edir. Bununla yanaşı kardioloji və nevroloji blümümüz də vardır.
Siz digər bir yerdə də fəaliyyət göstərirsiniz, bu barədə də məlumat verərdiniz.
Mən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hospitalında üz-çənə cərrahiyyəsi şöbəsində çalışıram. Çənə əməliyyatlarını edirəm, çənədə olan ağırlaşmaların müalicəsi ,kistaların götürülməsi, qəzalar nəticəsində və diğər hallarda çənə qırılması, həmçinin də çənədə olan uzunluq ,deformasiya, plastikaların olunmasını icra edirəm.
Yaşar doktor, hal-hazırda insanlar daha çox hansı xidmət üçün sizə müraciət edirlər?
Günümüzdə ən aktual estetik işlərin görülməsi, zircon dişlər, vinir dişlər, estetik işlər, smail dizayn, estetik gülüş, düzgün hazırlanan total protezlərdir. İmplantlarada müraciət çoxdur. Nəzərinizə çatdırım ki, implantları stomatoloqlar deyil, üz-çənə cərrahları edir.
Bunların hər biri haqqında qısacada olsa məlumat verərdiniz.
Çox sağ olun sualınıza görə.
İmplant ən çox təlabat olunan sahədir. İmplant nə deməkdir?
İmplant süni diş deməkdir. İtirilmiş hər hansı bir dişin bərpası üçün lazım olan metodikadır. İmplantın üstünlüyü çənənin əriməsi və deformasiyasının qarşısını almasıdır. Bir insanın qidalanması zamanı z dişindən belə rahatlıq verir. Biz estetik gülüşdə də implantdan istifadə edirik.
Ortopedik sahədə isə zircon və vinildən istfadə edirik. Vinir və zircon estetik gülüş üçün, itirilmiş dişlərin bərpası üçün və yaxudda qaralmış, bir qədər tündləşmiş, qəhvəyi rəngdə olan ön dişlərdə belə (yuxarı və aşağı dişlərdə) biz vinirdən istifadə edirik. Vinir bir üzlük deməkdir. Vinirin üstünlüyü estetik hissəni tam bərpa edir, istədiyimiz rəngi tam ala bilirik və invaziv diş yonulmasından istifadə olunurki bununlada dişin ancaq bir səthini yonulmuş oluruq və ya yonmadanda taxılır.
Zircon dişlər isə disilikatdır. Biouyumludur, allergik reaksiyaları yoxdur. Buda estetikdir, sadəcə burda dişin 5 səthi də yonulur. Arxa dişlərdə qidalanma üçün tam xidmət göstərə bilir. Total protez də dişsiz çənələrdə yerləşdirilir və itirilmiş dişləri bərpa etmək üçün yaxşı bir metoddur. Xəstələr tam məmnun qalır.
Sağlam dişlərə sahib olmaq üçün tövsiyyələriniz nədir?
İnsanalara sağlam dişlərə sahib olmaq və onları qorumaq üçün birinci növbədə əsasəndə xanımlarda qanda kalsium və D vitamini analizlərini yoxlamaq ,vitamin çatmamazlığının olub olmamasına baxılsın. İkinci səhər yeməkdən sonra və axşamlar yatmazdan öncə dişlər yuyulsun, günorta isə antiseptiklərlə qarqara etmək olar.
İnsanlar sizin xidmətlərinizdən necə faydalana bilərlər?
Üz-çənə cərrahiyyəsi Bakı şəhəri DİN Daxili qoşunlar hospitalında aparılır. Stomatologi xidmətləri Sumqayıt şəhərində yerləşən "Yaşa Estetik Klinikası"nda keçirilir. İnsanların sağlam olması, onların saglam və bəyaz dişlərə sahib olması bizim əsas işimizdir. Yetər ki, bizə müraciət etsinlər, gəlsinlər və nəticələri görsünlər. Əlaqə nömrələrimiz: (+994552607053)
Hörmətli Yaşar doktor, geniş və ətraflı məlumat verdiyiniz üçün sizə təşəkkür edirik.