Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəlŞahruddin Məhəmmədəliyev “Qarabağ”dan gedir: Bu klubla anlaşdı
06 Sentyabr 2023 11:16 | Baxış sayı: 797
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçir.
AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə yerli “Fanatik” nəşri çıxış edib.
Bildirilir ki, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, “Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinir.