Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlŞəhidin adından istifadə edib pul yığan şəxs SAXLANILDI
28 Fevral 2025 11:28 | Baxış sayı: 514
Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
DİN-dən AJMEDİA.İNFO-ya bildirilib ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.