Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlSərhədçilər üç ukraynalı əsgəri saxlayıblar
19 İyun 2023 10:02 | Baxış sayı: 674
Rumıniya sərhəd polisi qeyri-qanuni miqrantları saxlamağa çalışarkən dağlarda azmış üç silahlı ukraynalı sərhədçisini saxlayıb.
Bu barədə Rumıniyanın "Antena 3" telekanalı məlumat yayıb.
“Rumıniya sərhədçiləri Viseul de Sus yaxınlığında sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən pulemyotlarla silahlanmış üç Ukrayna əsgərini saxlayıblar”, - məlumatda deyilir.
Hərbçilər məhdudgörmə şəraitində azdıqlarını və bu səbəbdən Rumıniya ərazisinə keçdiklərini bildiriblər.
Onlar sərhədi qanunsuz keçərək dağlarda azmış bir qrup ukraynalını təqib etdiklərini də bildiriblər. Saxlanılan sərhədçilər Ukrayna tərəfinə təhvil veriləcək.