Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlSəudiyyə Ərəbistanı iranlı juralistləri ölkədən çıxardı
29 May 2024 14:48 | Baxış sayı: 548
Səudiyyə Ərəbistanı İran lideri Əli Xameneiyə bağlı “Bese İran” media qrupunun 6 əməkdaşını ölkədən çıxarıb.
Ajmedia.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, iranlı jurnalistlər mayın 21-də Mədinə şəhərində həbs edilib, bir neçə saat dindirildikdən sonra mərkəzi polis təcridxanasına köçürülüb, bu gün isə ölkədən çıxarılıblar.
Qeyd edək ki, Əli Xamenei mayın 6-da iranlı zəvvarları həcc mərasimi zamanı siyasi fəallığa çağırıb.