Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlSəudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək
08 May 2023 00:04 | Baxış sayı: 596
Səudiyyə Ərəbistanı ordu ilə xüsusi təyinatlılar arasında toqquşmaların davam etdiyi Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək.
Bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Təşəbbüsün həyata keçirilməsi Humanitar Yardım və Əməliyyatlar Mərkəzinə həvalə olunub. Yardım, ilk növbədə, döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərə veriləcək. Mərkəz həmçinin Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyasına başlayıb.