Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlSosial şəbəkələrdə həyəcan yaradan çağırışlar edən şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
11 Mart 2024 20:23 | Baxış sayı: 685
Bakıda məktəbliləri təhdid edən qrup peyda olub.
AJMEDİA.İNFO xəbər verir ki, "Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.
Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək məktəblərə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər: "16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız" deyə, mesajda bildirilir.
DİN mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, məsələ dərhal nəzarətə götürülüb və araşdırılır.