05 May 2025
Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxarılacaq

Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxarılacaq

Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxarılacaq

07 İyul 2023 03:22 | Baxış sayı: 612

“Falcon 9” daşıyıcı aparatı cümə günü Starlink sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 48 mini-peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Bu barədə şirkətin rəsmisi bildirib.

Buraxılış Sakit okean vaxtı ilə saat 12:29-da ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından həyata keçiriləcək.

Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 92-ci, bu ilin əvvəlindən isə 23-cü buraxılışı olacaq. “SpaceX” artıq bu peyklərdən 4,7 minə yaxınını orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub.

Hazırda orbitdə şirkətə aid 4,3 mindən çox cihaz işlək vəziyyətdə qalır.