05 May 2025
Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası...

Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası...

Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası...

30 Aprel 2025 12:29 | Baxış sayı: 333

Sumqayıtda baş verən ailədaxili münaqişə qanla nəticələnib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 38 yaşlı Rəmziyə İmanova münaqişə zəminində həyat yoldaşı Vüsal İmanovu bıçaqlayıb. Qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

"Çox sakit ailədir, heç kimlə işləri yoxdur. Bir qız, bir oğulları var. Həyat yoldaşı işləyir, qadın da yaxşı insandır. Kişi bir az içki içəndir, ola bilər ki, bu səbəbdən mübahisə yaranıb" , - deyə qonşu bildirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkmişə döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Ətraflı Baku TV-nin süjetində: