Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
15 saat əvvəlSumqayıtda silahlı hücum - Ölən və yaralananlar var
28 Oktyabr 2023 05:04 | Baxış sayı: 739
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.
Hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşları - Karakaş Yağmur və Karakaş Cansu, həmçinin Tərlan Fərəcov yaralanıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.//Report