Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Tel-Əvivdə fəallar İsrailin iqtisadiyyat nazirinə hücum ediblər
28 Aprel 2023 12:26 | Baxış sayı: 497
İsrailin iqtisadiyyat naziri Nir Barkat və onu müşayiət edən şəxslər Tel-Əvivin mərkəzində restorandan maşınlarına gedərkən bir qrup hökumət əleyhinə fəalın hücumuna uğrayıb.
Bu barədə nazirin mətbuat xidməti məlumat yayıb.
“Nazirin mühafizəçiləri və polis əməkdaşları onu bədənləri ilə qoruyublar, bundan sonra nümayişçilər də polis əməkdaşlarına hücum ediblər”, - nazirin adından yayılan açıqlamada qeyd olunub.
İsrailin “Arutz Sheva” portalı Barkatı müdafiə edən polislərdən birinin yaralandığını və xəstəxanaya yerləşdirildiyini yazır. “Haaretz” nəşri iki hücumçunun saxlanıldığını qeyd edir.