Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
11 saat əvvəlTəl-Əvivdə girovlara dəstək aksiyası keçirilib
11 Fevral 2024 00:31 | Baxış sayı: 555
Təl-Əvivdə HƏMAS tərəfindən qaçırılan girovlara dəstək aksiyası başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdə keçirilən aksiya tərəflərin atəşkəs razılaşması əldə edə bilməməsi fonunda təşkil olunub. Mitinq “Həqiqət anı – həyat və ya ölüm!” şüarı altında keçirilir.
Aksiyanın təşkilatçıları bundan əvvəl də bəyan ediblər ki, Fələstin anklavında saxlanılan bütün girovlar qaytarılmadan İsrailin HƏMAS-la hazırkı müharibədə hər hansı qələbəsindən danışmaq mümkün olmayacaq.