04 May 2025
Tələbə Bakıda keçirilən magistraturaya qəbul imtahanına CADU İLƏ GƏLDİ + FOTO

Tələbə Bakıda keçirilən magistraturaya qəbul imtahanına CADU İLƏ GƏLDİ + FOTO

Tələbə Bakıda keçirilən magistraturaya qəbul imtahanına CADU İLƏ GƏLDİ + FOTO

12 İyun 2023 10:45 | Baxış sayı: 519

Bakıda keçirilən magistraturaya qəbul imtahanına qatılan tələbələrdən birinin üzərindən cadu aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu Feysbuk hesabında məlumat verib.

"Dördkünc qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla plyus formasında sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadunu 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi", - paylaşımda qeyd olunub.Bakıda keçirilən magistr imtahanına cadu ilə gəldi + FOTO