Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl"Teleqram"da dələduzluq - 22 min manat ələ keçirdi
13 Mart 2025 14:05 | Baxış sayı: 394
Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanılıb.
AJMEDİA.İNFO xəbər verir ki, Sumqayıt sakini olan iki nəfər “Teleqram” sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.
Sumqayıt Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlə kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
X.Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.