Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəl"Titan" batiskafının ekipajının cəsədlərinin axtarışı davam edir
23 İyun 2023 11:03 | Baxış sayı: 677
ABŞ Sahil Mühafizəsi daha əvvəl Atlantik okeanında yoxa çıxan "Titan" batiskafının ekipajı üzvlərinin cəsədlərinin qalıqlarının axtarışını davam etdirəcək.
Bu barədə cümə axşamı ABŞ Sahil Mühafizəsinin kontr-admiralı Con Mauger mətbuat konfransında bildirib.
"Biz işi davam etdirəcəyik və ərazinin dibində kəşfiyyatı davam etdirəcəyik, lakin [ekipajın qalıqlarının tapılması] perspektivləri ilə bağlı suala hələ cavab verə bilmərəm", - o bildirib.