Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlTorpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb
27 İyun 2023 09:13 | Baxış sayı: 486
Çinin cənub-qərbindəki Siçuan əyalətində torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.
Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Vençuan mahalında güclü yağışlardan sonra baş verən sürüşmənin törətdiyi fəsadlarının aradan qaldırılması üçün 400-dən çox insan səfərbər edilib.
Hadisə ilə əlaqədar xilasedicilər təbii fəlakət zonasında olan 900-dən çox sakini təxliyə edib.
Hazırda itkin düşənlərin axtarışları davam edir.