Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlTramp hədələdi: İran ya bizlə saziş bağlayacaq, ya da…
08 Mart 2025 09:25 | Baxış sayı: 473
İran ya ABŞ-la müqavilə bağlamalıdır, ya da tezliklə bu ölkəyə nəsə olacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mediaya açıqlamasında bildirib.
“Ümid edirəm ki, bu, razılaşma olacaq, lakin digər variant da problemi həll edə bilər”, - o əlavə edib.
Tramp ABŞ-ın konkret hansı addımlar ata biləcəyini açıqlamayıb, lakin vurğulayıb ki, Vaşinqton Tehranla münasibətlərdə mövcud vəziyyəti qəbul etmək niyyətində deyil.
Qeyd edək ki, bundan öncə Tramp İranın dini rəhbəri Əli Xameneiyə məktub göndərdiyini və danışıqlara dəvət etdiyini açıqlamışdı.//axar.az