Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlTürkiyədə yanğınlar BAŞLADI
19 İyun 2024 07:48 | Baxış sayı: 570
Türkiyənin üç vilayətində meşə yanır.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin, İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.
Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.
Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.