Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlTürkiyənin Qərb kəşfiyyatından qəti tələbi
22 Yanvar 2024 09:17 | Baxış sayı: 782
Qərbin kəşfiyyat təşkilatları bundan sonra Ankaraya müvafiq məlumat vermədən Türkiyədə əməliyyat apara bilməyəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.
Nəşrin köşə yazarı Fatih Çekirge qeyd edib ki, əvvəllər bu cür təşkilatlar Türkiyədə bizneslə məşğul ola bilirdilər, onların təyyarələri respublikaya uça, orada uzun müddət qala bilərdi, lakin təyyarədə nə olduğu barədə məlumat verilmirdi.
Məqalə müəllifinin sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, xarici təyyarələrin gəlişi və uçuşu artıq Ankaraya müvafiq məlumat verilmədən həyata keçirilə bilməz.
Qəzetin mənbəsi Qərbin xüsusi xidmət orqanlarının Türkiyənin bu qərarına sərt reaksiya verdiyini və bunun İrana dəstək demək olduğu haqda söz-söhbətlər yaydığını, lakin respublikanın öz prinsipial mövqeyində qaldığını bildirib. Musavat.com