05 May 2025
Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir, lakin nəticə əldə olunur

Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir, lakin nəticə əldə olunur

Ukrayna Prezidenti: Donetsk vilayətində şiddətli döyüşlər gedir, lakin nəticə əldə olunur

09 İyun 2023 12:44 | Baxış sayı: 475

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib.

Bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.

“Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Lakin nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmut – afərin. Addımbaaddım. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”, - ölkə lideri vurğulayıb.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti sosial şəbəkədə Quru Qoşunlarının komandanı general-polkovnik Oleksandr Sırski, “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandiri Oleksandr Tarnavski və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının əməliyyat idarəsi qərargahının rəisi Oleksandr Komarenko ilə “vacib görüş” barədə yazıb. Ölkə başçısı görüşün təfərrüatlarını paylaşmayıb.