Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlUkrayna Rusiyanı iki beynəlxalq konvensiyanı pozmaqda ittiham edib
12 İyun 2023 21:55 | Baxış sayı: 610
Rəsmi Kiyev Beynəlxalq Ədalət Məhkəməsindən Rusiyanın iki beynəlxalq konvensiyanı pozduğunu tanımasını tələb edib.
Qeyd olunub ki, söhbət Rusiyanın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanı və İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozmasından gedir. Buna əsaslanaraq Kiyev Moskvadan maliyyə təzminatının ödənilməsini almaq niyyətindədir.
Ukrayna tərəfi çərşənbə axşamı yekun iddialarını təqdim edib, Rusiya tərəfi bu iddiaya uyğun olaraq iddialarını iyunun 14-də təqdim edəcək.